Son 20 ildə ən çox het-trik edən futbolçular bəlli olub

Son 20 ildə ən çox het-trik edən futbolçular bəlli olub
  • Clock-gray 17:47
  • calendar-gray 18 Mart 2021

Son 20 ildə ən çox het-trik edən futbolçuların siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, cədvəldə yer alan 8 qolçudan çoxu hazırda karyerasını davam etdirir.

İlk pillədə ötən həftə 57-ci het-trikinə imza atan “Yuventus”un hücumçusu Kriştianu Ronaldo qərarlaşıb. Onu, “Barselona”nın kapitanı Lionel Messi izləyir. Maraqlıdır ki, bu cütlük təqibçilərini çox qabaqlayır.

1. Kriştianu Ronaldo: 57 het-trik
Karyerasındakı rəsmi qol sayına görə Peleni keçən “Yuventus”un hücumçusu futbol tarixinin ən çox het-trik edən oyunçusudur. Portuqaliyalı superulduz “Real”da 44, “Yuventus”da 3, “Mançester Yunayted”də 1, yığmada isə 9 dəfə bir matçda üç qol vurub.

2. Lionel Messi: 54 het-trik
Bu günə qədər “Barselona”dan başqa heç bir klubda çıxış etməyən argentinalı kataloniyalıların heyətində 48 het-triklə yadda qalıb. Digər 6 belə göstərici isə millidə qeydə alınıb.

3. Luis Suares: 29 het-trik
Avropa arenasında “Qroningen” forması ilə ilk addımını atan Suares daha sonra formasını geyindiyi “Ayaks”da 9, “Liverpul”da 6, “Barselona”da isə 12 het-triklə komandasına kömək edib. Uruqvay millisinin heyətində 2 dəfə buna nail olan forvard “Atletiko” hələ belə göstərici təkrarlamayıb.

4. Robert Levandovski: 24 het-trik
Hazırda dünyanın ən güclü mərkəz hücumçusu sayılan polşalı Bundesliqa tarixinin ən çox het-trik müəllifidir. O, Dortmund “Borussiya”sında 4, “Bavariya”da isə 14 dəfə bunu bacarıb. Levandovskinin millidəki het-trik sayı isə 6-dır.

5. Mario Qomes: 18 het-trik
Qomes Bundesliqada formasını geyindiyi üç komandanın da heyətində het-trik edə bilib. “Bavariya”da 12, “Ştutqart”da 4, “Volfsburq” və Almaniya millisində isə 1 dəfə rəqibini üç dəfə mərkəzə dəvət edib.

6. Klaas-Yan Huntelaar: 18 het-trik
Huntelaar PSV-nin yetirməsi olsa da, bu komandada çox oynamaq imkanı qazanmayıb. Bombardirlik keyfiyyətini “Herenven”də nümayiş etdirən niderlandlı bu klubda 2 het-triklə azarkeşləri sevindirib. Karyerasının növbəti mərhələsində isə “Ayaks”a 7, “Şalke”yə 8, Niderland millisinə 1 het-triklə töhfə verib.

7. Serxio Aquro: 18 het-trik
Argentinalı “Mançester Siti” tarixinin ən məhsuldar oyunçusudur. Eyni zamanda o, het-trik sayında da Premyer Liqada birinci pillədədir. İngiltərədə 16 matçda 3 qol vuran ulduz futbolçu “Atletiko” və Argentina millisində isə 1 dəfə bunu reallaşdırıb.

8. Zlatan İbrahimoviç: 17 het-trik
İsveçli forvard bunu ən çox PSJ-nin forması altında həyata keçirib. O, Fransa klubunda 10, millidə 4, “Milan”, “Yuventus” və “Mançester Yunayted”də isə 1 dəfə het-trik müəllifi olub.

ApaSport

Digər xəbərlər