Şotlandiya çempionatı koronavirusa görə dayandırıla bilər

Şotlandiya çempionatı koronavirusa görə dayandırıla bilər
# 16 yanvar 2021 11:37 (UTC +04:00)

Futbol üzrə Şotlandiya çempionatı dayandırıla bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb koronavirus pandemiyasıdır.

Artıq Şotlandiya Futbol Assosiasiyası bununla bağlı klublarla müzakirələrə başlayıb. Qurumun icraçı direktoru Yan Maksvell klublara məktub yazaraq onların yarışı davam etdirmək istəyib-istəməməyini öyrənir.

Maksvellin məktubunda klublardan birinin çempionatı dayandırmaqla bağlı çağırışı da xatırladılıb. O, cavabları yanvarın 18-də alçağına ümid edir. Yekun qərar da bundan sonra verilməlidir.

Qeyd edək ki, 23 turdan sonra “Reyncers” 65 xalla liderdir. 3 oyun az keçirən “Seltik”in 44 xalı var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR