Su idman növləri üzrə dünya çempionatı təxirə salınıb

Su idman növləri üzrə dünya çempionatı təxirə salınıb
# 04 may 2020 12:08 (UTC +04:00)

Su idman növləri üzrə XIX dünya çempionatı təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, bu barədə qərarı Beynəlxalq Üzgüçülük Federasiyası (FİNA) verib.

2021-ci il iyunun 16-dan iyulun 1-dək Yaponiyanın Fukuoka şəhərində təşkil olunmalı yarış bir il sonra baş tutacaq.
Çempionat mayın 13-29-da keçiriləcək.

Buna səbəb koronavirus pandemiyası üzündən Tokio-2020 Yay Olimpiya Oyunlarının 2021-ci ilə keçirilməsidir. Yaponiya paytaxtındakı bu mötəbər yarışı iyulun 23-dən avqustun 8-dək təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR