“Sumqayıt” ilk dövrənin lideri olub, “Qarabağ” “Zirə”yə qalib gələ bilməyib

“Sumqayıt” ilk dövrənin lideri olub, “Qarabağ” “Zirə”yə qalib gələ bilməyib
  • Clock-gray 17:59
  • calendar-gray 25 Oktyabr 2020

Bu gün Azərbaycan Premyer Liqasında VII tuşun son iki oyunu keçirilib.

Apasport.az saytının məlumatına görə, bu qarşılaşmalarla çempionatın I dövrəsinə yekun vurulub.

Hər iki matç Bakıda baş tutub. Günün ilk görüşündə “Sabah” “Sumqayıt”la üz-üzə gəlib.

Liderliyi “Neftçi”yə verən Ayxan Abbasovun yetirmələri zirvəni yenidən qaytarıblar. “Sumqayıt” hesabı açdıqdan sonra avtoqolla üstünlüyü əldən versə də, görüşün son dəqiqəsində 4-cü qələbəsini rəsmiləşdirib. Bununla aktivindəki xalları 14-ə çatdıran komanda ilk dövrənin birincisi olub. Ardıcıl uğursuzluqları sıralayan “Sabah” isə yenə də məğlubiyyətə üzülüb. İstefası gündəmdə olan Visente Qomesin komandası son 4 görüşdə 1 xala belə həsrət qalıb. 

Tura son çempionun oyunu ilə yekun vurulub. “Qarabağ” səfərdə “Zirə” ilə üz-üzə gəlib. Ehtiyatda bir oyunu olan Qurban Qurbanovun yetirmələri qəsəbə təmsilçisi ilə dueldən 1 xalla ayrılıb. “Zirə”nin baş məşqçisi Rəşad Sadıqovun uzun illər şərəfini qoruduğu “Qarabağ”a qarşı bu postdakı ilk görüşü 0:0 hesabı ilə başa çatıb. 

Qeyd edək ki, turun ilk günündə “Neftçi” “Keşlə”ni bir qolla məğlubiyyətə uğradıb, “Qəbələ” və “Səbail”in dueli heç-heçə başa çatıb – 1:1.

Azərbaycan Premyer Liqası
VII tur
25 oktyabr (bazar)
 
14:00. “Sabah” – “Sumqayıt” - 1:2
Qollar:
Cavid İmamverdiyev, 64 (avtoqol) - Əli Qurbani, 27, Səbuhi Abdullazadə, 90+5
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev
“Sabah”: 1. Saşa Stamenkoviç (k), 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 13. Filip İvanoviç, 30. Mario Marina, 10. Yevgeni Koçuk, 18. Xulio Sezar Rodriqez, 5. Nikola Vuyadinoviç, 11. Ozan Can Kökcü, 2. Amin Seydiyev, 77. Veysəl Rzayev
Ehtiyat oyunçular: 12. Alvaro Villete, 94. Nicat Mehbalıyev, 8. Elşən Abdullayev, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 46. Aleksey İsayev, 23. Amadu Diallo, 3. Ulise Diallo, 60. Abbas Ağazadə, 29. Ceyhun Nuriyev
Baş məşqçi: Visente Qomez
“Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 33. Eltun Turabov, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 21. Adəm Həmati, 17. Murad Xaçayev
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov, 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 22. Cavid İmamverdiyev, 4. Kərəm Sultanov, 19. Nurlan Quliyev, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə 
Baş məşqçi: Ayxan Abbasov
“Bank Respublika Arena”
 
16:00. “Zirə” – “Qarabağ” - 0:0
Qırmızı vərəqə: 
Rahil Məmmədov, 68
Hakimlər: Rəvan Həmzəzadə, Zeynal Zeynalov, Cəmil Quliyev, Əliyar Ağayev
“Zirə”: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k), 32. Qismət Alıyev, 9. Davit Volkov, 11. Klesio Bauk, 44. Dmitrios Çantakias, 7. Tural Bayramlı, 21. Hacıağa Hacılı, 77. Cəlal Hüseynov
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 91. Ruslan Qurbanov, 12. Lazar Corceviç, 20. Əli Şirinov, 6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov
“Qarabağ”: 12. Emil Balayev, 2. Qara Qarayev (k), 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 9. Xayme Romero, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 81. Kevin Medina, 6. Patrik Andrade, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev, 11. Mahir Emreli, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 77. Donald Qerye, 27. Toral Bayramov, 22. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov
Zirə İdman Kompleksinin stadionu

1

Sumqayıt

7

4

2

1

11-7

14

2

Neftçi

7

4

1

2

7-6

13

3

Zirə

7

3

2

2

8-8

11

4

Qarabağ

6

2

3

1

8-4

9

5

Keşlə

7

2

3

2

6-5

9

6

Sabah

7

2

0

5

7-9

6

7

Səbail

6

1

2

3

7-9

5

8

Qəbələ

7

0

5

2

4-10

5

​​​​​​​Bombardirlər: Əli Qurbani ("Sumqayıt") - 6 qol.

ApaSport

Digər xəbərlər