“Sumqayıt” iranlı legionerini qaytarıb

“Sumqayıt” iranlı legionerini qaytarıb
# 11 yanvar 2021 13:09 (UTC +04:00)

“Sumqayıt”ın sabiq futbolçusu Mehdi Şərifi Azərbaycana qayıdıb.

Apasport.az saytının məlumatına görə, iranlı hücumçu yenidən “gənclik şəhəri” təmsilçisinin formasını geyinəcək.

Ötən ilin martında koronavirus pandemiyası ilə bağlı çempionat dayandırıldıqdan sonra “Sumqayıt”dan ayrılan 29 yaşlı forvard İranın “Paykan” klubuna keçsə də, orada çox qalmayıb. O, mövsümün ikinci yarısından “Sumqayıt”ın formasını geyinəcək.

Qeyd edək ki, “Sumqayıt”a 2019-cu ilin yayında “Persepolis”dən keçən Mehdi Şərifi ötən mövsüm 16 matçda 5 qola imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR