Tahir Süleymanov: “İndiyə qədər milliləşdirilənlərdən 7-8 komanda yaratmaq olar”

Tahir Süleymanov: “İndiyə qədər milliləşdirilənlərdən 7-8 komanda yaratmaq olar”
# 12 fevral 2021 13:16 (UTC +04:00)

“15 ildə milliyə, aşağı yaş qrupları üzrə yığmalara milliləşdirilənlərdən 7-8 komanda yaradıb ayrıca çempionat keçirmək olar”.

Bunu apasport.az saytına açıqlamasında “Neftçi”nin sabiq vitse-prezidenti Tahir Süleymanov milliləşdirilmələrə münasibət bildirərkən deyib.

Son vaxtlar ən çox gündəmdə olan məsələyə toxunan Süleymanov AFFA-nın bir çox ölkədə futbolçu axtarışını doğru addım saymır: “Qeydiyyata alınmış 200 min futbolçu arasından milliyə topçu tapılmır. İtiriblər, “muzdlu” axtarışına çıxıblar. Xaricdə futbolçu axtarışı tək-tək ola bilər, o da milliyə cəlb edib məhv edilməməsi şərtilə. Eddilər bəllidir. Bir azərbaycanlı kimi, Ramil Şeydayevin istedadına, karyerasına, sabahına təəssüflənməmək olmur. Futbolçunu öncə Gəncə, Lənkəran, Zaqatala, Quba, Qusar, Masallı, Qazax, Tovuz, Mingəçevir, Zaqatala, Bərdə, Yevlax, Şirvan, ümumiyyətlə, bütün Azərbaycanda axtarmaq lazımdır. Bunun üçünsə ölkədə futbol sistemi yenidən qurulmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR