"Torino"nun futbolçusu koronavirusa yoluxub

"Torino"nun futbolçusu koronavirusa yoluxub
  • Clock-gray 22:32
  • calendar-gray 06 May 2020

İtaliyada daha bir futbolçuda koronavirus pandemiyası aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, "Torino" klubu bu barədə informasiya yayıb.

Turin təmsilçisi rəsmi saytı vasitəsilə futbolçulardan birinin koronavirus testinin müsbət nəticə verdiyini bəyan edib. Həmin oyunçuda xəstəliyin əlamətləri hiss edilməsə də, testin nəticəsi bunun əksini ortaya qoyub. Adı açıqlanmayan futbolçu artıq karantinə alınıb və vəziyyəti nəzarət altındadır.

Qeyd edək ki, İtaliya A seriyasının rəhbərliyi çempionatın iyunun ortalarından bərpa etməyi planlaşdırır.

ApaSport

Digər xəbərlər