“Torino”nun yeni baş məşqçisi bəlli olub

“Torino”nun yeni baş məşqçisi bəlli olub
# 03 avqust 2020 00:59 (UTC +04:00)

İtaliyanın “Torino” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, bunu klubun idman direktoru Davide Vaqnati təsdiqləyib.

O bildirib ki, yaxın günlərdə baş məşqçi postuna Marko Campaolo təyin olunacaq. Ötən ilin payızında istefaya göndərildiyi “Milan”la müqaviləsi qalan çalışdırıcı sabiq klubu ilə danışıqlar aparır.

Hazırda “Torino”nu çalışdıran Moreno Lonqo komandanı A seriyasında saxlasa da, bu nəticə klub rəhbərliyini qane etməyib. 16-cı yerdən narazı rəhbərlik onu Campaolo ilə dəyişməyi məqsədəuyğun sayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR