“Tottenhem”in futbolçusu qəza törətdiyi üçün saxlanılıb

“Tottenhem”in futbolçusu qəza törətdiyi üçün saxlanılıb
  • Clock-gray 17:34
  • calendar-gray 24 Dekabr 2020

İngiltərənin “Tottenhem” klubunun müdafiəçisi Denni Rouz saxlanılıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb 30 yaşlı futbolçunun qəza törətməsidir.

Məsələ burasındadır ki, Rouz bu gün səhər saatlarında idarə etdiyi avtomobili hasara çırpıb. Qəza zamanı avtomobilin təkəri çıxıb, ancaq Rouz özü xəsarət almayıb. Oyunçunun spirtli içki qəbul etmədiyi sübuta yetirilsə də, təhlükəli idarəçiliyə görə bölməyə aparılaraq saxlanılıb.

Qeyd edək ki, Denni Rouz bu mövsüm heç bir oyunda iştirak etməyib.

ApaSport

Digər xəbərlər