“Trabzonspor” İngiltərədən müdafiəçi gətirir

“Trabzonspor” İngiltərədən müdafiəçi gətirir
  • Clock-gray 12:24
  • calendar-gray 20 Yanvar 2021

“Arsenal”dan “Fənərbaxça”ya keçən Məsut Özilin ardından daha bir futbolçu İngiltərə Premyer Liqasını Türkiyə Super Liqasına dəyişməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, “Trabzonspor” Denni Rouzun transferində maraqlıdır.

“Tottenhem”in müdafiəçisi Türkiyə klubunun arxa xəttini gücləndirməlidir. 30 yaşlı futbolçunun müqaviləsi yayda başa çatacaq. Lakin London klubu onu indi satmağa razıdır.

Qeyd edək ki, Rouz özü İspaniya və İtaliya liqalarında oynamaq istəsə də, real təklif almadığından Türkiyə variantını da nəzərdən keçirməli olub.

ApaSport

Digər xəbərlər