Türkiyə Super Liqasında əcnəbi limiti dəyişib

Türkiyə Super Liqasında əcnəbi limiti dəyişib
# 13 yanvar 2021 22:15 (UTC +04:00)

Türkiyə Super Liqasında əcnəbi limitinin sayında dəyişiklik edilib.

Apasport.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Nihat Özdəmir məlumat verib.

Bu gün federasiya rəsmiləri ilə klubların nümayəndələri arasında keçirilən görüşdə qərara alınıb ki, mövsümün ikinci yarısından etibarən əcnəbi limiti 14-dən 16-ya yüksəldilsin. Prezident klubların tələbindən sonra bu qərarı qəbul etdiklərini açıqlayıb.

Bu isə o deməkdir ki, sifariş ərizəsində yer alan 35 futbolçudan 16-sı əcnəbi ola biləcək. Həmin gəlmələrdən 14-ü oyunların iştirak ərizəsinə salına bilər. Qərar yalnız mövsümün sonuna qədər keçərlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR