Türkiyə Super Liqasında koronavirusa görə daha bir oyun təxirə salınıb

Türkiyə Super Liqasında koronavirusa görə daha bir oyun təxirə salınıb
# 19 oktyabr 2020 22:37 (UTC +04:00)

Türkiyə Super Liqasında daha bir oyun koronavirus pandemiyası səbəbindən təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, VI tur çərçivəsində oktyabrın 24-də baş tutmalı olan “Ankaragücü” – “Hatayspor” görüşü qeyri-müəyyən vaxta keçirilib.

17 futbolçusu və 1 klub işçisi koronavirusa yoluxan “Hatayspor”un bu matç üçün paytaxta yollanmasına icazə verilməyib. Türkiyə Futbol Federasiyası bəzi oyunçuların sağalmasına baxmayaraq, karantin müddəti bitmədiyi üçün bu addıma əl atdığını açıqlayıb.

Qeyd edək ki, “Hatayspor”un V turda “Ərzurum BB” ilə oyunu da eyni səbəbdən təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR