Türkiyə Super Liqasında mükafatçılar və avrokuboklara vəsiqə qazanan klublar bilinib

Türkiyə Super Liqasında mükafatçılar və avrokuboklara vəsiqə qazanan klublar bilinib
# 26 iyul 2020 00:06 (UTC +04:00)

Türkiyə Super Liqasında sonuncu - XXXIV tur davam edir.

Apasport.az saytının məlumatına görə, turun ikinci günündə 7 matç keçirilib.

Bu qarşılaşmalar gümüş və bürünc medalçıları, həmçinin Çempionlar Liqası və Avropa Liqasına son vəsiqələrin sahiblərini müəyyənləşdirib. Eyni zamanda, aşağı liqaya yuvarlanan daha iki komandanın adına aydınlıq gətirib.

Çətin Kayseri səfərində xal qazanan “Trabzonspor” ikinci pilləni qoruyaraq gümüş medallara yiyələnib. Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineskinin çalışdırdığı “Kayserispor” isə xal itkisi nəticəsində aşağı liqaya yuvarlanmaqdan xilas ola bilməyib. Eyni aqibətlə “Yeni Malatyaspor”da üzləşib. Evdə “Qaziantep”ə məğlubiyyət malatyalıları Super Liqadan kənar qalmasına səbəb olub.

UEFA tərəfindən cəzalandırılan, lakin İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edən Trabzon təmsilçisi cəza üzündən avrokuboklara buraxılmasa, Çempionlar Liqasına vəsiqə bürünc medalçıya nəsib olacaq. “Sivasspor” “Göztəpə”yə uduzaraq bu imkanı qaçırıb.

Nəticədə “Gənclərbirliyi” üzərində səfər qələbəsinə sevinən “Beşiktaş” üçüncülüyü əldə edib. Bürünc medallar İstanbul təmsilçisini Çempionlar Liqasının II təsnifat mərhələsinə də daşıya bilər.

“Trabzonspor”un cəzası qüvvədə qalarsa, “Sivasspor” 4-cü, “Alanyaspor” 5-ci, “Qalatasaray” 6-cı yerin sahibi kimi Avropa Liqasında oynayacaq. Əgər CAS-ın qərarı trabzonluları avrokuboklarda oynamasına imkan versə, qaradənizlilər Çempionlar Liqasında, “Beşiktaş”, “Sivasspor” və “Alanyaspor” Avropa Liqasında qüvvəsini sınayacaq, “Qalatasaray” isə kənarda qalacaq.

Qeyd edək ki, bir gün öncə keçirilən "Antalyaspor" - "Qalatasaray" (2:2) başlayan tura iyulun 26-da yekun vurulacaq. Son matçda çempionluğu öncə təmin edən “Başakşəhər” “Kasımpaşa”nın qonağı olacaq.

Türkiyə Super Liqası
XXXIV tur
25 iyul
Türkiyə Super Liqası
XXXIV tur
25 iyul
“Konyaspor” – “Alanyaspor” – 2:3

Uludağ, 19, Aniçiç, 27 – Fernandes, 62, Bakasetas, 80, Karaca, 87
“Dənizlispor” – “Ankaragücü” – 0:1
Parlak, 90
“Fənərbaxça” – “Rizəspor” – 3:1
Əmrə Bəlözpğlu, 39 (pen.), Rodriges, 60, Tufan, 90 – Şkoda, 53
“Gənclərbirliyi” – “Beşiktaş” – 0:3
Hatçinson, 52 (pen.), Diabi, 78, Elneni, 80 (pen.)
“Göztəpə” – “Sivasspor” – 3:1
Napoleoni, 31 (pen.), Mossoro, 55, Emir, 90 (pen.) – Andrade, 49
“Kayserispor” – “Trabzonspor” – 1:2
Enrike, 86 - Novak, 63, Sorlot, 90
“Yeni Malatyaspor” – “Qaziantep” – 0:1
Ciloboci, 63

1

Başakşəhər

33

20

9

4

63-31

69

2

Trabzonspor

34

18

11

5

76-42

65

3

Beşiktaş

34

19

5

10

59-40

62

4

Sivasspor

34

17

9

8

55-38

60

5

Alanyaspor

34

16

9

9

61-37

57

6

Qalatasaray

34

15

11

8

55-37

56

7

Fənərbaxça

34

15

8

11

58-46

53

8

Qaziantep

34

11

13

10

49-50

46

9

Antalyaspor

34

11

12

11

41-52

45

9

Göztəpə

34

11

9

14

44-49

42

10

Kasımpaşa

33

11

7

15

50-56

40

12

Konyaspor

34

8

12

14

36-52

36

13

Gənclərbirliyi

34

9

9

16

39-56

36

14

Dənizlispor

34

9

8

17

31-48

35

15

Rizəspor

34

10

5

19

38-57

35

16

Y.Malatyaspor

34

8

8

18

44-51

32

17

Ankaragücü

34

7

11

16

31-56

32

18

Kayserispor

34

8

8

18

40-72

32

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR