Türkiyə çempionu Çempionlar Liqasının yeni mövsümünə qrup mərhələsindən başlamayacaq

Türkiyə çempionu Çempionlar Liqasının yeni mövsümünə qrup mərhələsindən başlamayacaq
  • Clock-gray 12:15
  • calendar-gray 06 Avqust 2020

Türkiyə UEFA reytinqində mövsümü 11-ci yerdə başa vurub.

Apasport.az saytının məlumatına görə, buna “Başakşəhər”in Danimarkada “Kopenhagen”ə 0:3 hesabı uduzaraq Avropa Liqası ilə vidalaşması səbəb olub.

Qonşu ölkənin sonuncu təmsilçisini itirməsi ilə xal hesabını artırmaq şansı tükənib. 33,600 xala malik Türkiyənin 11-ci pillədən yuxarı qalxmaq üçün nəzəri şansları da qalmayıb.

10-cu sıradakı Ukraynanın aktivində 35,100 xal var. Türkiyə ən yaxın izləyiciləri üçün də əlçatmazdır.

Bir il əvvəl 10-cu olan qonşularımızın “onluğ”u tərk etməsi Avropadakı təmsilçi sayına ciddi təsir edəcək. Cari mövsümün sonunda formalaşacaq yekun cədvəl 2021/22 mövsümündə avrokuboklardakı klub bölgüsünə xidmət edir.

Qaydalara əsasən, Çempionlar Liqasının qrupuna birbaşa vəsiqələr ilk 10 yer arasında bölünür. Reytinqdə 1-4-cü yerlər hərəyə dörd, 5-6-cı yerlər hərəyə iki, 7-10-cu yerlər hərəyə bir yer alır.

Bu isə o deməkdir ki, qarşıdakı mövsüm “Başakşəhər” qrupdan mübarizəyə başlayacaqsa, növbəti il Super Liqanın qalibi Çempionlar Liqasının 4-cü təsnifat mərhələsi – yəni pley-offda gücünü sınayacaq. Gümüş mükafatçı isə II təsnifat mərhələsindən yarışa start verəcək.

Türkiyə çempionunun birbaşa qrupa düşməsi də mümkündür. Amma bunun gerçəkləşməsi öz deyil, başqalarının əlindədir. Əgər 2020/21 mövsümündə Çempionlar Liqasının qalibi olacaq klub öz ölkəsindən qrupa vəsiqə qazansa, reytinqdə 11-ci ölkə - Türkiyə əlavə yerə sahib çıxacaq.

ApaSport

Digər xəbərlər