Türkiyə millisi üçün arzuolunmaz rəqiblər açıqlanıb

Türkiyə millisi üçün arzuolunmaz rəqiblər açıqlanıb
# 02 aprel 2021 09:45 (UTC +04:00)

DÇ-2022-nin seçmə mərhələsində Niderland (4:2) və Norveç (3:0) üzərindəki inamlı qələbədən sonra Latviya ilə bərabərə qalan (3:3) Türkiyə millisi üçün bu komandanı arzuolunmaz rəqib saymaq olar.

Apasport.az saytının məlumatına görə, “ay-ulduzlular” latışlara qarşı keçirdiyi son 6 matçda qələbə üzü görməyib.

Qardaş ölkə nümayəndəsi baltikyanı ölkə təmsilçisini yalnız 1924-cü il yoldaşlıq görüşündə 3:1 hesabı ilə məğlub etməyi bacarıb. Türkiyənin, ümumiyyətlə, heç vaxt məğlub edə bilmədiyi komandalar da var. Bu yazıda məhz onları sıralayacağıq. Cədvəldə türklərin ən azı iki dəfə qarşılaşdıqları komandalar yer alıb.

İtaliya – 13 oyun
“Ay-ulduzlular” indiyə qədər italyanlarla qarşılaşdığı 13 oyunun heç birində qələbə üzü görməyib. Son iki dueldə 1:1 hesabı qeydə alınıb. Ümumilikdə komandalar 4 dəfə heç-heçə edib, 9 dəfə isə İtaliya qalib gəlib.

İngiltərə - 11 oyun
İngilislər Türkiyə yığması üçün ən uğursuz rəqibdir. Çünki 3 böyük məğlubiyyətdən ikisi məhz bu komandadan alınıb. Britaniya təmsilçisi iki dəfə Türkiyə yığmasını 8:0 hesabı ilə üstələyib. Qardaş ölkə təmsilçisinin bu rəqibə qarşı ən böyük uğuru iki bərabərlikdir. Top fərqində də rəqəmlər biabırçıdır – 1:32.

Braziliya – 6 oyun
Bu yığmalar eyni qitədən olmadığından, ya böyük turnirlərdə, ya da yoldaşlıq görüşlərində üz-üzə gəlirlər. “Sambaçılar” 4 dəfə məğlub etdikləri türklərlə 2 dəfə də heç-heçə ediblər.

Serbiya – 2 oyun
Dağılan Yuqoslaviyanın müstəqillik qazanan son ölkələrindən olan Serbiya ilə hər iki qarşılaşma sülhlə nəticələnib. Üstəlik, hər iki matçda 1:1 hesabı qeydə alınıb.

Qana – 2 oyun
Qana ilə oyunun statistikası da serblərlə eynidir. Yeganə fərq ondadır ki, görüşlərin birində hesab 2:2 olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR