Türkiyə yığmasının futbolçusu “Verona”ya keçir

Türkiyə yığmasının futbolçusu “Verona”ya keçir
# 05 avqust 2020 00:07 (UTC +04:00)

Türkiyə millisinin futbolçusu Mert Çetinin yeni komandası müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, İtaliya “Roma”sının Avropa Liqası üçün iştirak ərizəsinə daxil etmədiyi futbolçu karyerasını A seriyasının digər klubunda davam etdirəcək.

23 yaşlı müdafiəçi “Verona”ya keçəcək. O, sonradan transfer olunmaq hüququ ilə 1 illik icarəyə götürüləcək. Mert bu gün tibbi müayinədən keçməlidir.

Qeyd edək ki, müdafiəçi A seriyasının son mövsümündə cəmi 6 matçda forma geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR