Türkiyəli basketbolçu evində ölü tapılıb

Türkiyəli basketbolçu evində ölü tapılıb
# 26 yanvar 2021 10:11 (UTC +04:00)

Türkiyəli basketbolçu Ziya Berhan Kılıç gözlənilmədən vəfat edib.

Apasport.az saytının məlumatına görə, hadisə “Çorlu Bələdiyyəsi Gənclik və İdman klubu”nun kapitanının yaşadığı mənzildə baş verib.

II liqa klubuna məxsus binada qalan 29 yaşlı oyunçu komandanın dünənki məşqinə qatılmayıb. Bundan narahat qalan rəhbərlik Ziyanın ailəsini məlumatlandırıb. Basketbolçu zənglərə cavab verməyincə onun yaşadığı evə yollanan yaxınları Ziyanın cansız bədəni ilə qarşılaşıblar.

Yerli polis hadisə ilə bağlı istintaqa başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR