UEFA Azərbaycan klublarına maliyyə ayırıb

UEFA Azərbaycan klublarına maliyyə ayırıb
# 15 fevral 2021 12:05 (UTC +04:00)

UEFA Azərbaycan Premyer Liqasının klublarına pul ayırıb.

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqası və Avropa Liqasının 2019/20 mövsümündə qrup mərhələsində iştirak etməyən təmsilçilərimiz UEFA-nın “Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı” proqramı çərçivəsində əlavə maliyyə vəsaiti alıb.

Bu məbləğ AFFA-nın vasitəçiliyi ilə klubların hesabına köçürülüb. 7 klubun hərəsi 74 min 633,71 avro qazanıb.

“Neftçi” - 74633,71 avro
“Səbail” - 74633,71 avro
“Qəbələ” - 74633,71 avro
“Zirə” - 74633,71 avro
“Sumqayıt” - 74633.71 avro
“Sabah” - 74633,71 avro
“Keşlə” - 74633,71 avro

Qeyd edək ki, “Keşlə”yə nəzərdə tutulmuş vəsait aylıq cari xərcləri ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR