UEFA Azərbaycan klublarına pul ödəyib

UEFA Azərbaycan klublarına pul ödəyib
# 07 may 2020 11:18 (UTC +04:00)

Millətlər Liqasının 2018/2019 mövsümündə və AVRO-2020-nin seçmə mərhələsində futbolçuları A milli komandaların heyətinə cəlb olunmuş klublar üçün UEFA tərəfindən ayrılmış vəsait AFFA-nın vasitəsilə köçürülüb.

Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu klublarımıza ümumilikdə 1 milyon 137 min 773 avro pul göndərib.

Premyer Liqanın 8 klubunun hər biri bundan bəhrələnibsə, büdcəsini ən çox zənginləşdirən komanda “Qarabağ” olub.

“Qarabağ” – 436,696.69 avro
“Neftçi” – 210,117.58 avro
“Səbail” – 172,144.67 avro
“Sabah” – 88,895.90 avro
“Qəbələ” – 80,514.21 avro
“Sumqayıt” – 64,651.56 avro
"Zirə” – 47,870.83 avro
“Keşlə” – 36,881.76 avro

Qeyd edək ki, “Keşlə” üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR