UEFA Azərbaycan millisinin oynayacağı Avropa çempionatında islahatı təxirə salıb

UEFA Azərbaycan millisinin oynayacağı Avropa çempionatında islahatı təxirə salıb
# 21 oktyabr 2020 00:02 (UTC +04:00)

19 yaşadək futbolçular arasında Avropa çempionatı ilə bağlı yenilik təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, UEFA-nın yarışı 2020-22-ci illərdə üç liqada təşkil etmək niyyəti baş tutmayıb.

Buna koronavirus pandemiyası səbəb olub. Qurumun İcraiyyə Komitəsi Azərbaycan millisinin də qatılacağı qitə çempionatı ilə bağlı islahatı bir il sonraya saxlayıb.

Bu yenilik 2021-23-cü illəri əhatə edəcək və final mərhələsi 2023-cü ildə baş tutacaq. Təxirəsalma 2021/22 mövsümündə əvvəlki formatlı çempionatın keçirilməsinə şərait yaradıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR