UEFA: Bütün ölkələrdə çempionatlar başa çatdırılmalıdır

UEFA: Bütün ölkələrdə çempionatlar başa çatdırılmalıdır
  • Clock-gray 17:13
  • calendar-gray 01 Aprel 2020

UEFA bu gün milli assosiasiyaların nümayəndələri ilə videokonfrans keçirib.

Apasport.az saytının məlumatına görə, tərəflər koronavirus pandemiyası üzündən Avropada dayandırılan daxili və qitəmiqyaslı turnirlərin taleyini müzakirə edib.

Qərara alınıb ki, bütün ölkələrdə çempionatlar başa çatdırılmalıdır. Bununla da UEFA assosiasiyalara oyunların yayda keçirilməsinə faktiki olaraq icazə verib.

Bu videokonfransadək assosiasiyalar çempionatların iyunun sonunda başa çatmasına uyğun təqvim hazırlayırdı. Lakin UEFA prezidenti Aleksander Çeferin bu gun açıqlayıb ki, çempionat matçlarının keçirilməsi üçün mövsüm uzadılacaq. Lakin turnirlərin bərpa vaxtı qeyri-müəyyən olaraq qalır. Əksər ölkələr aprelin sonunadək bütün matçları dayandırıb. Bugünkü toplantıda UEFA birmənalı şəkildə nümayiş etdirib ki, yarışların başa çatmasını istəyir və bunun üçün yollar axtarır.

Qeyd edək ki, Belarus istisna olmaqla bütün Avropa ölkələrində çempionat dayandırılıb.

ApaSport

Digər xəbərlər

Arxiv

date