UEFA Çempionlar Liqasının və Avropa Liqasının final gününü müəyyənləşdirib

UEFA Çempionlar Liqasının və Avropa Liqasının final gününü müəyyənləşdirib
# 16 aprel 2020 22:43 (UTC +04:00)

Çempionlar Liqasının (ÇL) final matçının tarixi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, turnir planlaşdırılan vaxtda bərpa olunsa, UEFA həlledici görüşün avqustun 29-da keçirilməsini istəyir.

Qurum gələn həftə baş tutacaq videomüşavirədə bunu üzv federasiyalara təklif edəcək, İcraiyyə Komitəsinin iclasında müzakirəyə çıxaracaq. UEFA koronavirus pandemiyası səbəbindən dayandırılan ÇL-in 1/4 final mərhələsinin 28-29 iyul tarixində, qalan qarşılaşmaların isə avqustda keçirilməsini hədəfləyir. Avropa Liqasının finalı isə 26 avqust tarixinə planlaşdırılır.

Klublar əvvəlcə çempionatların bərpasını və təqviminin müəyyənləşməsini, daha sonra avrokubokların taleyinin müzakirəsini istəyir. Avrokubokun qalan görüşlərinin avqusta salınması ölkə çempionatlarında ardıcıl oyunların keçirilməsinə də zəmin yaradacaq.

Qeyd edək ki, Çempionlar Liqasının final matçının İstanbulda, Avropa Liqasının həlledici görüşünün isə Qdanskda keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR