UEFA Nurlan İbrahimov üçün apelyasiya şikayətini geri çevirib

UEFA Nurlan İbrahimov üçün apelyasiya şikayətini geri çevirib
# 23 dekabr 2020 23:36 (UTC +04:00)

Ağdamın “Qarabağ” klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovla bağlı İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət oluna bilər.

Apasport.az saytının məlumatına görə, bu barədə qərar yanvarın əvvəlində veriləcək.

Buna səbəb UEFA-nın apelyasiya şikayətinə baxmamasıdır. Qurumun Etika, Nəzarət və İntizam Komissiyasının İbrahimovun ömürlük futboldan kənarlaşdırılması barədə qərarla bağlı şikayət UEFA-da əngəllərə məruz qalıb.

Qitə futbol qurumu apelyasiyanı baxmaq üçün qəbul etmədən geri çevirib. Qış fasiləsində yanvarın 5-dək tətilə yollanacaq UEFA-nın həmin müddətə qədər fikrindən dönəcəyi istisna deyil. Amma bu müddətdə apelyasiya baxılmaq üçün qəbul olunmasa, İbrahimov və vəkili CAS-a şikayət göndərəcək.

Qeyd edək ki, Nurlan İbrahimov Vətən müharibəsi zamanı feysbuk səhifəsində ermənilərlə bağlı paylaşımına görə UEFA tərəfindən futboldan ömürlük uzaqlaşdırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR