UEFA PSJ – “Başakşəhər” oyunu ilə bağlı qərarını açıqlayıb

UEFA PSJ – “Başakşəhər” oyunu ilə bağlı qərarını açıqlayıb
# 11 fevral 2021 17:25 (UTC +04:00)

UEFA Çempionlar Liqasının qrup mərhələsində Fransa klubu PSJ ilə Türkiyə çempionu “Başakşəhər” arasında VI tur matçında baş verən qalmaqalla bağlı qərarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, qitə futbol qurumu ötən il dekabrın 8-də baş tutan və yarımçıq dayandırılaraq bir gün sonra keçirilən görüşdəki hakimliklə bağlı sərt qərar qəbul etməyib.

UEFA Etika və İntizam Komitəsi Türkiyə təmsilçisinin köməkçi-məşqçisi Pyerr Veboya qarşı irqçi sözlər işlədən rumıniyalı 4-cü hakim Sebastian Kostantin Kolteskunun cəzalandırılmasına lüzum bilməyib. Komitə araşdırmanın yekununda Kolteskunun irqçi ifadələrdən istifadə edilmədiyi qənaətinə gəlib və heç bir intizam tədbirinə ehtiyac duymayıb.

Qeyd edək ki, 14-cü dəqiqədə qonaqların meydanı tərk etməsi səbəbindən dayandırılan oyun bir gün sonra hakimlər heyətinin tam tərkibdə dəyişdirilməsi ilə davam etdirilib və PSJ 5:1 hesablı qələbə qazanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR