UEFA "Qarabağ" - "Molde" oyununun hakimlərini açıqlayıb

UEFA "Qarabağ" - "Molde" oyununun hakimlərini açıqlayıb
# 09 sentyabr 2020 18:38 (UTC +04:00)

"Qarabağ"ın Çempionlar Liqasının III təsnifat mərhələsində Norveç klubu "Molde" ilə keçirəcəyi oyunun hakimləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, UEFA Kiprə salınan qarşılaşmanı Serbiyadan olan hakimlər briqadasına həvalə edib.

Görüşü Srdyan Yovanoviç idarə edəcək. Ona həmyerliləri Uroş Stoykoviç və Milan Mixayloviç kömək edəcəklər. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Novak Simoviç yerinə yetirəcək.

Qeyd edək ki, "Qarabağ" - "Molde" oyunu sentyabrın 16-da Larnaka şəhərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR