UEFA Superliqanın təşəbbüskarlarını avrokuboklardan bir mövsümlük kənarlaşdırmağı nəzərdən keçirir

UEFA Superliqanın təşəbbüskarlarını avrokuboklardan bir mövsümlük kənarlaşdırmağı nəzərdən keçirir
# 22 aprel 2021 16:15 (UTC +04:00)

Superliqanın yaradılmasının əsas təşəbbüskarları “Real”la “Yuventus”u ağır cəza gözləyir.

Apasport.az saytının “As” nəşrinə istinadən məlumatına görə, UEFA hər iki klubu avrokuboklardan bir mövsümlük kənarlaşdırmaq niyyətindədir.

Qitə futbol qurumu bunu hər iki klub üçün maksimal cəza hesab edir. Lakin UEFA-da “Real”la “Yuventus”a veriləcək cəza ilə bağlı fikir ayrılığı da yaranıb. Qurum rəhbərliyinin bir qismi onlara məhz maksimal cəzanın verilməsini tələb edirsə, digər qismi daha yumşaq yanaşmanın tərəfdarıdır. Cari mövsüm Çempionlar Liqasında mübarizəni davam etdirən “Real”ın yarışdan kənarlaşdırılmasına isə sponsor və yayımçılar qarşısında öhdəliklər mane olur.

Qeyd edək ki, “Real” hələ də Superliqadan çıxmaq barədə rəsmi bəyanat yaymayıb. “Yuventus”un ikibaşlı açıqlaması isə qeyri-müəyyənlik yaradıb. İtaliya təmsilçisi bir yandan Superliqa layihəsinin idman və kommersiya gücünə görə inandığını, digər tərəfdən bunun gerçəkləşməsi şansının olmadığını etiraf edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR