UEFA azarkeşlərlə bağlı məhdudiyyəti ləğv edib, 5 əvəzetməyə icazə verib

UEFA azarkeşlərlə bağlı məhdudiyyəti ləğv edib, 5 əvəzetməyə icazə verib
# 31 mart 2021 17:31 (UTC +04:00)

AVRO-2020-nin oyunları zamanı komandalar 5 əvəzetmədən istifadə edə biləcəklər.

Apasport.az xəbər verir ki, UEFA rəsmi saytı vasitəsilə buna razılıq verdiyini bəyan edib.

Bununla yanaşı, Millətlər Liqası 2021-in əsas mərhələsində və DÇ-2022-nin pley-off matçlarında baş məşqçilərin 5 əvəzetmədən faydalanmaq imkanı olacaq.

Bundan başqa, komitə UEFA bayrağı altında keçirilən yarışlarda azarkeş sayında olan məhdudiyyəti aradan qaldırıb. Öncə bu, stadionun 30 faizini təşki edirdi.

Qeyd edək ki, AVRO-2020 11 iyun – 11 iyul aralığında baş tutacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR