UEFA bütün ölkə çempionatlarını ləğv edə bilər

UEFA bütün ölkə çempionatlarını ləğv edə bilər
# 15 aprel 2020 15:32 (UTC +04:00)

UEFA Avropa ölkələrindəki bütün çempionatları ləğv edə bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyətdir.

Artıq bir çox ölkələrin federasiyaları bununla bağlı qitə futbol qurumuna təzyiq edir. UEFA mümkün variantlar arasında bunu da müzakirəyə çıxaracaq. Qurumun İdarə Heyəti aprelin 23-də növbəti videomüşavirə təşkil edəcək və orada veriləcək qərarlarla bağlı müzakirələr aparılacaq. Məhz həmin iclasdan sonra yekun qərarın verilməsi istisna edilmir.

UEFA prezidenti Aleksander Çeferin Çempionlar Liqası, Avropa Liqası və ölkə çempionatlarının bərpa edilməsinin tərəfdarı olsa da, koronavirusla bağlı vəziyyətin düzəlməməsi fikrini dəyişə bilər.

Qeyd edək ki, Belarus istisna olmaqla, Avropadakı bütün çempionatlar koronavirus pandemiyası üzündən təxirə salınıb. Azərbaycan Premyer Liqasında isə mübarizə XX turdan sonra dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR