UEFA milli çempionatların bərpası üçün 3 variant üzərində dayanıb

UEFA milli çempionatların bərpası üçün 3 variant üzərində dayanıb
# 31 mart 2020 15:44 (UTC +04:00)

UEFA koronavirus pandemiyası üzündən yarımçıq dayandırılan çempionatların bərpası yollarını axtarır.

Apasport.az saytının İspaniyanın “As” nəşrinə istinadən məlumatına görə, qitə futbol qurumu bərpa tarixi kimi üç mümkün variant üzərində dayanıb.

Ölkə çempionatları may, iyun və ya sentyabrda davam etdirilə bilər. Koronavirusun Avropada hələ də yayılmaqda olması üzündən may variantı ən az inandırıcı görünəndir.

Mövsümün sentyabrda davam etdirilməsi isə növbəti futbol ilinin yenidən qurulması deməkdir. Bu variant daxil yarışlarda iştirakçıların və oyunların sayının azalması, avrokubok formatının dəyişməsi ilə nəticələnəcək. UEFA-nın daha çox istədiyi isə iyunla bağlı variantın baş tutmasıdır. Qurum hətta oyunların boş tribunlar önündə də olsa iyunda bərpa olunmasını istəyir.

Qeyd edək ki, sabah UEFA yeni təqvimin müzakirəsi ilə bağlı milli assosiasiyalarla videokonfrans keçirəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR