UEFA milli çempionatların və avrokubokların bərpası ilə bağlı videomüşavirə keçirəcək

UEFA milli çempionatların və avrokubokların bərpası ilə bağlı videomüşavirə keçirəcək
  • Clock-gray 17:35
  • calendar-gray 30 Mart 2020

UEFA-nın növbəti videomüşavirəsinin vaxtı müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə qitə futbol qurumu məlumat yayıb.

Aprelin 1-də günorta saatlarında UEFA rəhbərliyi quruma üzv olan 55 assossiasiyanın baş katibi ilə ilə bağlantı quracaq. Görüş zamanı iki həftə əvvəl yaradılan İşçi Qrupunun fəaliyyəti, həmçinin koronavirus pandemiyası ilə bağlı ölkələrdəki son durum müzakirə ediləcək.

İclasda milli çempionatların, eləcə də avrokubokların bərpa müddəti, yığma komandaların yeni təqvim məsələsi, "transfer pəncərəsi"nin necə tənzimlənməsi, oyunçuların müqavilələri nəzərdən keçiriləcək.

Qeyd edək ki, UEFA-ya üzv olan 55 ölkədən yalnız Belarusda çempionat dayandırılmayıb.

ApaSport

Digər xəbərlər

Arxiv

date