UEFA mövsümü avqustun 3-dək bitirmək tələbini təkzib edib

UEFA mövsümü avqustun 3-dək bitirmək tələbini təkzib edib
# 24 aprel 2020 15:04 (UTC +04:00)

UEFA milli assosiasiyalara çempionat və kubok yarışlarının cari mövsümünü başa vurmaq üçün son tarix qoymayıb.

Apasport.az saytının məlumatına görə, bunu Avropa futbol qurumu açıqlayıb.

Assosiasiya koronavirus pandemiyası üzündən dayandırılan çempionat və kubok yarışlarının bitməsi üçün avqustun 3-dək vaxt verilməsi xəbərini təkzib edib: “UEFA-nın rəsmi məlumatlarının heç birində belə bir son tarix göstərilməyib”.

Qeyd edək ki, UEFA-ya üzv olan 55 ölkədən yalnız Belarusda çempionat dayandırılmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR