UEFA-nın sabahkı iclasının gündəliyi açıqlanıb

UEFA-nın sabahkı iclasının gündəliyi açıqlanıb
# 17 iyun 2020 18:14 (UTC +04:00)

Sabah UEFA İcraiyyə Komitəsinin növbəti videokonfransı keçiriləcək.

Apasport.az saytının məlumatına görə, gündəlikdə duran məsələlər açıqlanıb.

Toplantı zamanı AVRO-2020 ilə bağlı məsələlər, eyni zamanda DÇ-2022-nin seçmə mərhələsi, klubların lisenziyalaşdırılması prosesi və Maliyyə Feyr-Pleylə bağlı son durum müzakirə olunacaq.

Qeyd edək ki, UEFA İcraiyyə Komitəsi bu gün keçirilən iclasında Çempionlar Liqası və Avropa Liqasının təqvimini, növbəti mövsümün formatını, eyni zamanda AVRO-2020-nin ev sahiblərinin adlarını təsdiqləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR