UEFA ötən mövsümün futbolçusu adına namizədləri açıqlayıb

UEFA ötən mövsümün futbolçusu adına namizədləri açıqlayıb
# 23 sentyabr 2020 14:41 (UTC +04:00)

2019/20 mövsümünün ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Apasport.az saytının məlumatına görə, UEFA hər il təqdim etdiyi mükafata üç namizədi müəyyənləşdirib.

Bunlar “Bavariya” ilə Çempionlar Liqasının qalibi olan Manuel Noyer və Robert Levandovski, həmçinin “Mançester Siti”nin yarımmüdafiəçisi Kevin de Bruynedir.

Qeyd edək ki, mükafatın sahibi oktyabrın 1-də keçiriləcək Çempionlar Liqasının qrup mərhələsinin püşkatmasında açıqlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR