UEFA prezidenti: “O yalnız bu günü, maksimum sabahı düşünür”

UEFA prezidenti: “O yalnız bu günü, maksimum sabahı düşünür”
  • Clock-gray 17:12
  • calendar-gray 27 Dekabr 2020

“Florentino Peres 30 ildir Superliqa xəyalı qurur”. 

Apasport.az saytının məlumatına görə, bunu UEFA-nın prezidenti Aleksander Çeferin deyib.

O, İspaniya “Real”ının təşəbbüskarlarından olduğu Avropa Superliqasının yaradılması ideyasına sərt reaksiya verib. Çeferin Madrid təmsilçisinin prezidenti Florentino Peresi gələcəyi düşünməməkdə günahlandırıb: “Barselona”nın prezidenti postuna iki əsas namizəd isə “Bavariya”, “Yuventus” və İngiltərə klubları kimi bunun əleyhinədir. O yalnız bu günü, maksimum sabahı düşünür. Amma sonra nə olacağını fikirləşmir”.

 

Qeyd edək ki, Peres “Böyük beşlik” çempionatlarının 20 klubunun iştirakı ilə Superliqa yaradılmasını istəsə də, UEFA bunun əleyhinədir.

apa-logo-mini

Digər xəbərlər