UEFA prezidenti: “Virusdan qurtulduğumuz zaman hər şey əvvələ dönəcək”

UEFA prezidenti: “Virusdan qurtulduğumuz zaman hər şey əvvələ dönəcək”
# 20 may 2020 09:28 (UTC +04:00)

“Düşünmürəm ki, koronavirus xəstəliyindən sonra köklü nəsə dəyişiklik olsun”.

Apasport.az saytının məlumatına görə, bunu UEFA prezidenti Aleksander Çeferin deyib.

Qitə futbol qurumunun rəhbəri koronavirus pandemiyası səbəbindən dünya futbolunda baş verə biləcək dəyişikliklər barədə suala cavab verib. Sloveniyalı futbol funksioneri məsələyə pozitiv yanaşmağı məsləhət görüb: “Yeni təcrübədir və bu qanlı virusdan qurtulduğumuz zaman hər şey əvvələ dönəcək. İkinci Dünya Müharibəsindən və ya Birinci Dünya Müharibəsindən sonra futbol dəyişməyib, virus səbəbindən də dəyişməyəcək. İnsanlar dəfələrlə deyirlər ki, dünya koronavirusdan sonra əvvəlki kimi olmayacaq. Bu həqiqət ola bilər. Amma mənim fikrim belədir: niyə bu virusdan sonra dünyanın daha yaxşı olacağını düşünməyək? Niyə daha ağıllı olacağımızı düşünməyək və ya nə qədər kövrək, həssas olduğumuzu başa düşməyək? Beləliklə, hər zaman öyrəniləcək dərslər var".

Qeyd edək ki, koronavirus pandemiyası səbəbindən Belarus istisna olmaqla Avropanın bütün milli çempionatları, həmçinin avrokuboklar dayandırılıb. Hələlik yalnız Almaniya Bundesliqası bərpa olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR