Üç milli komandanı çalışdıran xorvatiyalı mütəxəssis koronavirusdan vəfat edib

Üç milli komandanı çalışdıran xorvatiyalı mütəxəssis koronavirusdan vəfat edib
# 14 dekabr 2020 01:24 (UTC +04:00)

Tanınmış xorvatiyalı baş məşqçi Otto Bariç vəfat edib.

Apasport.az saytının məlumatına görə, balkanlı mütəxəssisin ölümünə koronavirus səbəb olub.

87 yaşında dünyasını dəyişən Bariç xəstəliklə mübarizədən məğlub ayrılıb. 1952-63-cü illərdə futbolçu kimi çıxış etmiş xorvatiyalı 1964-2007-ci illərdə məşqçi kimi fəaliyyət göstərib.

1997-99-cu illərdə qardaş Türkiyədə “Fənərbaxça”nı çalışdıran balkanlı karyerası ərzində bir sıra klublara və üç yığmaya rəhbərlik edib. O, müxtəlif illərdə Xorvatiya, Albaniya və Avstriya millisinin “sükanı arxası”nda olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR