Uelsli azarkeşlər Bakıdakı oyunun biletlərini qaytara bilmirlər

Uelsli azarkeşlər Bakıdakı oyunun biletlərini qaytara bilmirlər
# 02 iyun 2020 10:34 (UTC +04:00)

Koronavirus pandemiyası səbəbindən AVRO-2020-nin bir il sonraya keçirilməsi milli komandalarla yanaşı, azarkeşlərə də təsir edib.

Apasport.az saytının məlumatına görə, sevimli komandalarının oyunlarını izləmək üçün bilet alan fanatlar onları bir-bir qaytarmağa başlayıblar.

Qrup mərhələsində Türkiyə və İsveçrə ilə Bakıda, İtaliya ilə Romada qarşılaşacaq Uels yığmasının azarkeşləri də təyyarə və oyun biletlərini geri qaytarırlar. Ancaq onların bəziləri bunda müəyyən problemlərlə üzləşib. Bu səbəbdən də uelsli futbol azarkeşləri Bakı və Romadakı qarşılaşmalar üçün alınan biletlərin əvəzinə pullarını almaq üçün yerli hökumətdən kömək istəyiblər.

Məsələ ilə bağlı bəyanat yayan Uels hökuməti vəziyyəti “görülməmiş hadisə” kimi dəyərləndirib və hər kəsin pulunu alacağını açıqlayıb.

Qeyd edək ki, AVRO-2021 11 iyun – 11 iyul 2021-ci il tarixində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR