Ukrayna klubunda 13 futbolçu koronavirusa yoluxub

Ukrayna klubunda 13 futbolçu koronavirusa yoluxub
# 05 iyul 2020 14:37 (UTC +04:00)

Ukraynanın "Metallurq" klubunda kütləvi koronavirus infeksiyasına yoluxma halı aşkarlanıb.

Apasport.az saytının məlumatına görə, Zaporojye klubu futbolçularının test nəticələri ürəkaçan olmayıb.

Testdən keçən 32 futbolçudan 13-də müsbət nəticə çıxıb. Klubun mətbuat xidməti virusa yoluxanların vəziyyətlərinin yaxşı olduğunu açıqlayıb. Həmin oyunçulardan 5-i xəstəxanaya yerləşdirilib, 8-i isə evində həkim nəzarətindədir.

Qeyd edək ki, Ukrayna birinci liqasının XXIV turunda baş tutmalı olan "Rux" - "Metallurq" oyunu təxirə salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR