Ukraynalı futbolçu: “Azərbaycanda hər şey məni qane edir”

Ukraynalı futbolçu: “Azərbaycanda hər şey məni qane edir”
  • Clock-gray 12:19
  • calendar-gray 18 Yanvar 2020

“Məni dəvət etmək istəyən klub tapılsa, təklifi götür-qoy edərəm”.

Apasport.az saytının məlumatına görə, bunu Bakının “Səbail” klubunun futbolçusu Aleksandr Rıbka deyib.

Ukraynalı qapıçı həmyerlilərinə verdiyi müsahibədə Premyer Liqanın autsayderini tərk etmək istəyini gizlətməyib: “Azərbaycanda hər şey məni qane edir. Amma ailəmə yaxın olmaq istəyirəm. “Səbail”ə məni yaxşı qarşıladığı üçün təşəkkür edirəm. Rəhbərlik də, məşqçilər korpusu da hörmətlə yanaşırlar”.

A.Rıbka komanda yoldaşı olan məşhur Maykl Essyen barədə də danışıb. Ukraynalı bildirib ki, hazırda Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı zamanı “Çelsi”nin sabiq ulduzu il məskunlaşdığı oteldə hamının diqqət mərkəzindədir: “Maykl Essyenin maaşının məbləği mənə məlum deyil. Düşünürəm ki, o bura pul üçün gəlməyib. O, futbolu sevir və hələ də oynamaq istəyir. Əminəm ki, onu ən az maraqlandıran puldur. Etiraf edim ki, bizim oteldə yalnız pişiklər onunla şəkil çəkdirməyiblər. Əvvəl otelin personalı inanmırdı ki, bu Essyendir. Sonradan cəsarət tapıb avtoqraf üçün yaxınlaşdılar. O, çox ünsiyyətcil, təmkinli, əla oğlandır. Ünsiyyətdə və  məşqdə hər hansı narahatçılıq hiss olunmur. Hamı ilə tam açıqdır”.

ApaSport

Digər xəbərlər

Arxiv

date