“Uotford”un yeni baş məşqçisi bəlli olub

“Uotford”un yeni baş məşqçisi bəlli olub
# 21 dekabr 2020 11:48 (UTC +04:00)

İngiltərənin “Uotford” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, böyük britaniyalılar bu posta ispaniyalı Xisko Munyosu gətirib.

40 yaşlı çalışdırıcı ilə müqavilənin detalları açıqlanmayıb. Onun son iş yeri Gürcüstan olub. Munyos Tbilisi “Dinamo”suna ölkə çempionatının qızıl medallarını qazandırıb.

Qeyd edək ki. “Uotford” bir neçə gün əvvəl Vladimir İviçi istefaya göndərib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR