“Valensiya” Xose Kalyexona 3 illik müqavilə təklif edib

“Valensiya” Xose Kalyexona 3 illik müqavilə təklif edib
# 22 aprel 2020 16:51 (UTC +04:00)

İtaliyanın “Napoli” klubunun futbolçusu Xose Kalyexon karyerasını La Liqada davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, ispaniyalı yarımmüdafiəçi “Valensiya”nın maraq dairəsinə düşüb.

“Yarasalar” təcrübəli vingeri azad agent kimi heyətinə qatmaq istəyir. Futbolçunun müqaviləsi bu yay başa çatacağından “Valensiya” onunla danışıqlara start verib.

“Valensiya” Kalyexona 3 illik müqavilə təklif edib. “Napoli” ilə yeni anlaşmasını razılaşdıra bilməyən futbolçunun İtaliyanı tərk edəcəyi gözlənilir. Onun xidmətində Türkiyə “Fənərbaxça”sı da maraqlıdır.

Qeyd edək ki, 33 yaşlı futbolçu cari mövsümün 32 matçında 2 qol və 10 məhsuldar ötürməyə imza atıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR