“Valensiya” kapitanı ilə vidalaşıb

“Valensiya” kapitanı ilə vidalaşıb
# 12 avqust 2020 16:41 (UTC +04:00)

“Valensiya” kapitanı Daniel Parexo ilə yollarını ayırıb.

Apasport.az xəbər verir ki, İspaniya klubu rəsmi saytı vasitəsilə 31 yaşlı yarımmüdafiəçi ilə vidalaşdığını bəyan edib.

Onun yeni komandası da artıq məlumdur. İspaniya millisinin üzvü La Liqanın digər təmsilçisi “Vilyarreal”a transfer olunub. Bu keçid “yarasalar”a 8 milyon avro qazandırıb. Parexo “Vilyarreal”la 4 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Daniel Parexo 2011-ci ildən bəri formasını geyindiyi “Valensiya”nın heyətində 383 rəsmi oyuna çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR