"Vulverhempton" darmadağınla qalib gəlib, “Başakşəhər” məğlub olub

"Vulverhempton" darmadağınla qalib gəlib, “Başakşəhər” məğlub olub
# 21 fevral 2020 02:02 (UTC +04:00)

Avropa Liqasında 1/16 final mərhələsinə start verilib.

Apasport.az saytının məlumatına görə, bu gün ilk oyunlar keçirilib.

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun şərəfini qoruduğu "Vulverhempton" növbəti mərhələ yolunda önəmli addım atıb. Renatın iştirak etmədiyi matçda Premyer Liqa təmsilçisi "Espanyol" üzərində böyükhesablı qələbə qazanıb.

"Qarabağ"ın rəqibi olmuş APOEL doğma arenasında "Bazel"ə müqavimət göstərə bilməyib. Həmçinin "Ayntraxt"la "Zalsburq" arasındakı görüşdə də böyük hesab qeydə alınıb. Almaniya klubu Frankfurtda rəqibini 4:1 hesabı ilə məğlub edərək, ciddi üstünlük qazanıb.

Türkiyənin bu turnirdəki yeganə təmsilçisi "Başakşəhər" Portuqaliyada "Sportinq"ə yenilməklə, işini çətinə salıb.

Turnirin favoritləri sırasında göstərilən "Sevilya" və "Mançester Yunayted" rəqibləri ilə səfərdə bərabərə qalıbsa, İtaliya təmsilçiləri "İnter" səfərdə, "Roma" isə evdə qalib gəlib.

Avropa Liqasının son finalçısı "Arsenal" isə Yunanıstandan 1 qollu qələbə ilə dönür.

Avropa Liqası
1/16 final, ilk oyunlar
20 fevral

21:55. ÇFR (Rumıniya) – “Sevilya” (İspaniya) - 1:1
Deas, 59 (pen) - En Nesiri, 82
21:55. “Brügge” (Belçika) – “Mançester Yunayted” (İngiltərə) - 1:1
Dennis, 15 - Martial, 36
21:55. “Ayntraxt” (Almaniya) – “Zalsburq” (Avstriya) - 4:1
Kamada, 12, 43, 53, Kostik, 56 - Hvanq Hi-Çan, 85 (pen.)
21:55. “Kopenhagen” (Danimarka) – “Seltik” (Şotlandiya) - 1:1
Edouard, 14 - N Doye, 52
21:55. “Xetafe” (İspaniya) – “Ayaks” (Hollandiya) - 2:0
Deyverson, 38, Kenedi, 90+3
21:55. “Ludoqorets” (Bolqarıstan) – “İnter” (İtaliya) - 0:2
Eriksen, 71, Lukaku, 90+5 (pen.)
21:55. “Şaxtyor” (Ukrayna) – “Benfika” (Portuqaliya) - 2:1
Alan Patrik, 56, Kovalenko, 72 - Pizzi, 67 (pen.)
21:55. “Sportinq” (Portuqaliya) – “Başakşəhər” (Türkiyə) - 3:1
Koates, 3, Sporar, 44, Vietto, 51 - Viska, 77 (pen.)
00:00. APOEL (Kipr) – “Bazel” (İsveçrə) - 0:3
Petretta, 16, Stoker, 53, Artur, 66
00:00. “Roma” (İtaliya) – “Gent” (Belçika) - 1:0
Peres, 13
00:00. “Alkmar” (Hollandiya) – LASK (Avstriya) - 1:1
Kupmeyners, 86 (pen.) - Raqus, 26
00:00. “Bayer” (Almaniya) – “Portu” (Portuqaliya) - 2:1
Alario, 29, Haverts, 57 (pen.) - Luis Dias, 73
00:00. “Olimpiakos” (Yunanıstan) – “Arsenal” (İngiltərə) - 0:1
Lakazette, 82
00:00. “Reyncers” (Şotlandiya) – “Braqa” (Portuqaliya) - 3:2
Haci, 67, 82, Aribo, 75 - Franserjio, 11, Ruis, 59
00:00. “Volfsburq” (Almaniya) – “Malmö” (İsveç) - 2:1
Brekalo, 49, Telin, 62 (ö.q.) - Telin, 47
00:00. “Vulverhempton” (İngiltərə) – “Espanyol” (İspaniya) - 4:0
Jota, 15, 67, 81, Neves, 52

Qeyd edək ki, 1/16 final mərhələsinin cavab oyunları fevralın 26-27-də keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR