XXI əsrdə ən çox penalti qaçıranların adları açıqlanıb

XXI əsrdə ən çox penalti qaçıranların adları açıqlanıb
# 04 mart 2021 11:12 (UTC +04:00)

XXI əsrdə ən çox penalti qaçıran 20 futbolçunun adı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, siyahıya iki oyunçu başçılıq edir.

Onlar son illər dünyanın ən yaxşıları hesab edilən Lionel Messi və Kriştianu Ronaldodur. Adıçəkilən superulduzlar 27 dəfə onbirmetrlik zərbəni qola çevirə bilməyiblər. İlk “üçlüy”ü “Roma”nın əfsanəvi kapitanı Françesko Totti qapayır.

Cədvəldə adı olan futbolçulardan 10-u hazırda karyerasını davam etdirirlər.

Ən çox penalti qaçıranlar:
1-2. Lionel Messi – 27 dəfə
1-2. Kriştianu Ronaldo - 27
3. Françesko Totti - 19
4. Zlatan Ibrahimoviç - 17
5. Antonio di Natale - 15
6. Edinson Kavani - 14
7-9. Ueyn Runi - 13
7-9. Ronaldinyo - 13
7-9. Frenk Lempard - 13
10. Serxio Aquero - 12
11. Rud van Nistelroy - 11
12-17. Marko di Vayo - 10
12-17. Antuan Qrizmann - 10
12-17. Andrea Pirlo - 10
12-17. Arits Aduriz - 10
12-17. Pyerr-Emerik Obameyanq - 10
12-17. Neymar - 10
18-20. Marek Hamşik - 9
18-20. Luka Toni - 9
18-20. Qonsalo İquain - 9

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR