Xristian Qrozdanoski “Sileks”in Bakı səfəri öncəsi istəyini açıqlayıb

Xristian Qrozdanoski “Sileks”in Bakı səfəri öncəsi istəyini açıqlayıb
  • Clock-gray 09:35
  • calendar-gray 14 Avqust 2020

“Normal çalışırıq və “Qarabağ” barədə düşünmürük”.

Apasport.az saytının məlumatına görə, bunu Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Sileks”in müdafiəçisi Xristian Qrozdanoski deyib.

Şimali Makedoniya mətbuatına danışan mərkəz müdafiəçisi ilk olaraq ölkə çempionatının II turunda “Pelister”lə bu gün keçiriləcək ev oyununu fikirləşdiklərini söyləyib.

27 yaşlı futbolçu həmin matçdan sonra “Qarabağ”la görüşün hazırlıqlarına başlayacaqlarını bildirib: “Çempionat matçından sonra özümüzü Bakı səfərinə və avrokuboka kökləyəcəyik. Buna qədər bizi “Pelister” sınağı gözləyir. Rəqib elitaya yüksəldiyi üçün çox həvəslidir. Qarşımızda çətin və qeyri-müəyyən bir matç var. Ancaq biz də hazırıq. “Belasika” ilə oyunda gücümüzü göstərdik. Bunun davamını gətirəcəyimizə inanıram. Qalib gələrək, Çempionlar Liqası matçına yüksək motivasiyada yollanmaq istəyirik”.

Qeyd edək ki, avqustun 18-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Sileks” oyunu 20:00-da start götürəcək.

ApaSport

Digər xəbərlər