Yeni Zelandiyada mövsümü erkən bitirib, çempionu elan ediblər

Yeni Zelandiyada mövsümü erkən bitirib, çempionu elan ediblər
# 18 mart 2020 14:23 (UTC +04:00)

Yeni Zelandiyada mövsümün yarımçıq başa çatdığı elan edilib.

Apasport.az saytının məlumatına görə, yerli futbol federasiyası Çempionşip çempionunun adını da açıqlayıb.

Buna səbəb koronavirus pandemiyasının yayılma təhlükəsinin artmasıdır. 16 tur geridə qalmasına baxmayaraq, 37 xalla elitaya başçılıq edən “Oklend Siti” çempion elan olunub. “Oklend Siti” ondan 3 xal az toplayan ikinci pillənin sahibi “Vellinqton”la birlikdə Okeaniya Çempionlar Liqasına vəsiqə qazanıb.

Bu qərar çempionatdakı klubların nümayəndələri, hökumət rəsmiləri və tibbi heyətlə aparılan müzakirələrdən sonra verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR