Yunanıstanlı futbolçu: “Neftçi”yə keçidim yeni həyat təcrübəsi idi”

Yunanıstanlı futbolçu: “Neftçi”yə keçidim yeni həyat təcrübəsi idi”
  • Clock-gray 09:29
  • calendar-gray 17 Fevral 2021

“Neftçi”yə keçəndə ilk dəfə idi ki, Yunanıstanı tərk edirdim”.

Apasport.az saytının məlumatına görə, bunu “Neftçi”nin sabiq futbolçusu Vangelis Platellas deyib.

Ölkəsi Yunanıstanda “Metropolis 95.5” radiosuna müsahibə verən 33 yaşlı hücumameyilli oyunçu Azərbaycanda keçirdiyi dönəm barədə də qısa danışıb. Platellas ölkəmiz haqda müsbət fikirlər səsləndirib: “Neftçi”yə keçidim yeni bir həyat təcrübəsi idi. Burada gördüklərimdən fərqli şeylər yaşadım. Azərbaycan heç də eşitdiyimiz kimi deyil. Orada şərtlər tamamilə fərqlidir və çox gözəldir”.

Qeyd edək ki, 2019-cu ilin əvvəlindən ötən ilin yayına qədər “Neftçi”nin formasını geyinən Vangelis Platellas “İonikos Nikeas”a bu ilin yanvarında keçib.

ApaSport

Digər xəbərlər