Yurgen Klopp “Liverpul”da missiyasını tamamladığını hesab edir

Yurgen Klopp “Liverpul”da missiyasını tamamladığını hesab edir
  • Clock-gray 13:02
  • calendar-gray 25 Oktyabr 2020

İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Yurgen Klopp iş yerini dəyişməyi fikirləşir.
 
Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis “qırmızılar”da missiyasını tamamladığını hesab edir.
 
“Mersisaydlılar”a Premyer Liqanı və Çempionlar Liqasını qazandıran 53 yaşlı çalışdırıcı yeni çağırışa hazırdır. “Liverpul” rəhbərliyi artıq bu posta iki namizəd də müəyyənləşdirib. Bunlar “Tottenhem”in sabiq baş məşqçisi Mauritsio Poçettino və hazırda “Lids”i çalışdıran Marselo Byelsadır.
 
Qeyd edək ki, Yurgen Klopp 2015-ci ildən “Liverpul”a başçılıq edir.

ApaSport

Digər xəbərlər