“Yuventus” 20 yaşlı hücumçu alır

“Yuventus” 20 yaşlı hücumçu alır
# 09 yanvar 2021 11:31 (UTC +04:00)

Fransanın “Nant” klubunun futbolçusu Abdulaye Dabo karyerasını “Yuventus”da davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, İtaliya təmsilçisi gənc hücumçunun keçidi üçün qarşı tərəflə danışıqları davam etdirir.

Turinlilər 20 yaşlı vingeri gələcəyin ulduzu hesab edir və yaxın günlərdə onu heyətinə qatmağı planlaşdırır. “Qoca sinyora” Dabonu əvvəlcə mövsümün sonuna qədər icarəyə götürmək və yayda birdəfəlik transfer etmək niyyətindədir. Artıq yanvarın 11-də müqavilənin imzalanması gözlənilir.

Qeyd edək ki, “Nant”ın yetirməsi olan Abdulaye Dabo Fransanın aşağı yaş qrupu yığmalarının formasını geyinib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR