“Yuventus” “Milan”la oyuna yollanmaqdan imtina edib

“Yuventus” “Milan”la oyuna yollanmaqdan imtina edib
# 05 yanvar 2021 22:57 (UTC +04:00)

İtaliya A seriyasının XVI turu çərçivəsində “Milan” – “Yuventus” oyunu təxirə salına bilər.

Apasport.az saytının məlumatına görə, buna səbəb ikincilərin 2 futbolçusunun koronavirusa yoluxmasıdır.

Müdafiəçi Aleks Sandro və Xuan Kuadradonun testi pozitiv çıxıb, həmçinin hücumçu Paulo Dibalanın da bir gün əvvəl yüksək temperaturu olub. Klub rəhbərliyi yoluxmanın artma riskini nəzərə alaraq, Milana yollanmaqdan imtina edib. Klub son testin nəticələrini öyrəndikdən sonra buna uyğun hərəkət etməyi planlaşdırır. “Qoca sinyora”nın Milana yanvarın 6-da – oyun günü getməsi gözlənilir.

Qeyd edək ki, “Milan” – “Yuventus” matçının Bakı vaxtı ilə 23:45-də start götürməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR